Azərbaycan, Bakı, 14 iyul /müx. "TrendLife" Günel Əhmədova/ Müğənni Teymur Əmrah səhnə yaradıcılığının 10 illiyini qeyd edəcək. "TrendLife"a məlumat verən müğənni qeyd etdi ki, tədbir üzərində işləyir. Həmçinin tədbirə bir çox dostlarını dəvət edəcəyini bildirdi. Müğənni onu da qeyd etdi ki, onun yubileyinə bəstəkar Elza İbrahimova sözləri Vahid Əzizə məxsus "Bu dünyama gəlməyimə peşmanam" adlı mahnı yazıb. Müğənni onun həyatına həsr edilmiş həmin mahnının hit olacağına inanır. Yubiley gecəsindən sonra isə Əmrah disk hazırlayacaq və həmin diskə 15 mahnı daxil edəcək.