Azərbaycan, Salyan / Trend , müxbir E.Məmmədov/ Salyan rayonunda bu ilin birinci yarımillliyində 35 narkoman qeydə alınıb. Bu barədə cümə axşamı Salyan rayon Narkoloji kabinetin həkim-narkoloqu Seymur Sayılov məlumat verib. Onun sözlərinə görə, rayonda ümumilikdə 472 narkoman qeydiyyatdadır, daha 185-i isə profilaktik qeydiyyata alınıb. Sayılov bildirib ki, narkomanlardan 3-ü anonim qaydada müalicə alır, daha 2 narkoman isə müalicə almaq üçün Bakıya göndərilib.
Salyan paytaxt Bakıdan 115 kilometr cənubda yerləşir.