...

İnessa Qorxmaz bu həftədən Azərbaycan yığmasında məşqlərə başlayacaq

Cəmiyyət Materials 6 Avqust 2007 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycan yığmasının veteranı İnessa Qorxmaz bu həftədən etibarən komanda tərkibində məşqlərə qoşulmalıdır.

Voleybol Federasiyasından Trend ə verilən məlumata görə, ötən mövsümü İtaliyada keçirən təcrübəli oyunçunun gəlişi bu günlərdə reallaşacaq. Qorxmaz Faiq Qarayevin yetirmələrinə Heydər Əliyev Kubokunda, habelə Avropa Qran-Pri turnirində və sentyabrda Belçika və Lüksemburqda keçiriləcək qitə birinciliyində kömək etməlidir.

Yığmanın çalışdırıcısı hesab edir ki, İnessanın təcrübəsi kollektivin işinə yarıyacaq. Çünki nəzərdə tutulan yarışda bir sıra voleybolçular müəyyən səbəblərə görə komandaya kömək edə bilməyəcək. Bunların arasında bu günlərdə ana olan Kseniya Kovalenko, habelə analıq məzuniyyətində olan Oksana Məmmədyarova var.

Xatırladaq ki, Qaraev həmçinin Yelena Şabovtanın xidmətindən yararlanmaq istəyir. O, dizindən aldığı zədənin müalicəsindən sonra bərpa mərhələsini keçir.

Xəbər lenti

Xəbər lenti