...

Sabiq səhiyyə nazirinin müdafiəçisinin işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 8 Avqust 2007 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ " , müxbir K.Zərbalıyeva/ Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rizvan Talıbovun barəsindəki cinayət işi baxılmaq üçün Sumqayıt şəhər məhkəməsinə göndərilib. Sumqayıt şəhər məhkəməsindən çərşənbə günü Trend ə verilən məlumata görə, cinayət işi hakim Təhminə Xəlilovanın icraatına verilib. Xəlilova bildirib ki, hələlik iş üzrə hazırlıq iclasının vaxtı müəyyənləşdirilməyib. Hakim hazırlıq iclasının vaxtının bu həftə ərzində müəyyənləşdiriləcəyini deyib.

Talıbova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin və sabiq səhiyyə naziri Əli İnsanovun Hüqularını Müdafiə Komitəsinin sədri Talıbov barəsində cinayət işi qonşusunun polisə şikayəti əsasında açılıb. O, hazırda Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılır.

Talıbov bir müddət öncə mətbuata verdiyi məlumatda özünü həbsdə olan jurnalist hesab edib.

Xəbər lenti

Xəbər lenti