Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı voleybolçu Nisə Quliyeva karyerasını "Beşiktaş"da davam etdirəcək.
İdmançının Trend ə verdiyi xəbərə görə, o, "Türk Telekom"a Çempionlar liqasına vəsiqə qazanmaqda kömək etdikdən sonra İstanbul nəhənginin təklifinə müsbət cavab verib. "Mənim xaricə getmək fikrim olmayıb. Çünki Türkiyə çempionatının səviyyəsi kifayət qədər yüksəkdir, sponsorlar daim bura diqqət yetirir. Bütün bunlar yaxşı müqavilələri təmin edir, ona görə də yerli idmançılar xaricə can atmırlar" - deyə Quliyeva vurğulayıb.
Qeyd edək ki, Nisə artıq 17 ildir Türkiyədə çıxış edir.