...

"Kristall" qrupunun rəhbəri Mədinə: "Mənim qızlarımın büstqalter geyinməyə ehtiyacları yoxdur"

Cəmiyyət Materials 14 Avqust 2007 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / "TrendLife" müxbir S. Vəliyev/ Azərbaycan şou-biznesində "Kristall" qrupunun bədii rəhbəri Mədinə xanımın adı həmişə qalmaqallarda çəkilir. Belə ki, ya o kiməsə nəsə deyir, ya da ona nəsə deyirlər. Bu dəfə də Mədinə Qafarova hirsli şəkildə "TrendLife"a öz fikrini bildirdi: "Mənə məlum olub ki, Bakı restoranlarının birində qrupumun surəti yaranıb. O qızlar mənim qrupumun adından çıxış edir. Bu dəhşətli bir şeydir. Bundan sonra mən həmin restoranların, şadlıq evlərinin müdiriyyətindən xahiş etdim ki, həmin qrupun video materiallarını mənə təqdim etsinlər. Sonra isə mən bilirəm onların başına nə oyun açacağam. Qrupumun müəllif hüquqlarının pozulmasına yol vermərəm.

-Görürsünüz növbəti qalmaqal. Bəlkə buna görə azərbaycan şou-biznesində Sizə "qalmaqallı şir"adını veriblər?

-Bu ki, lap əladır. Mənim haqqımda belə düşünürlər. Ümumiyyətlə bürcüm şirdir, lakin məni xilas edən meymun ilindən olmağımdır. Məni ona görə şirlə müqayisə edirlər ki, dilim çox uzundur, hər kəsin sözünə sualına cavab verməyi bacarıram. Buna görə də heç kimə məsləhət bilməzdim mənim caynağıma keçsin.

-Doğrudan? Onda belə bir suala cavab verin zəhmət olmazsa. "Kristall" qrupunu rusiya qrupları olan "Blestyaşiye", "Slivki", "Viaqra" ilə müqayisə edirlər. Bəs nəyə görə onlar səhnədə büstqaltersiz çıxış edirlər?

-Necə büstqaltersiz?

-Bəli biz çəkmişik, şəkil var.

-(Bir az fikrə gedir). Onlar heç vaxt büstqalter geyinmirlər. Ona ehtiyac yoxdur, əzizim. Adətən büstqalteri o insanlar geyinir ki, (sakitləşdi). Vay, indi yenə qalmaqal olar. O insan geyinir ki, ona ehtiyacı var. Mənim qızlarımın büstqalterə ehtiyacları yoxdur. Ümumiyyətlə bizim qrupu rusiya qrupu ilə müqayisə edəndə çox xoş oluram. Mən uzun müddət Rusiyada - Stavropolda yaşamışam. Orada mənim şəxsi evim var. Yerigəlmişkən eksklüziv olaraq sizə bildirirəm ki, orada klip çəkməyi düşünürük. Mahnı "mənim günahım, mənim kədərim" adlanır. Orda çox dağlar, qatarlar, kanat yolu var. Bu azərbaycan estradasında Rusiyada çəkilən ilk klip olacaq.

-Bəlkə klipi Ağsu dolaylarında, Zaqatalada və ya Gədəbəydə çəkəsiniz? Orada da gözəl təbiət, dağlar var.

-Sözün düzü burada hamı klip çəkdirir. Nəsə yenilik istəyirik.

-Onda Rusiyaya qastrola getməyə hazırlaşın.

-Neçə dəfə olub ki, bizi ora dəvət ediblər. Mən söhbət əsasında bildirmişəm ki, bizim üçün lüks otel, inamlı mühafizəçi lazımdır. Bilirsiniz, üç qızım var. İstəmərəm ki, onlara nəsə olsun.

-Sizin kimi xanımla onlara çətin ki, nəsə olsun...

-Məni nəinki biznes ledi həmçminin dəmir ledi də adlandırırlar. Məhz buna görə də qızlarım gic vəziyyətə düşmürlər. Bizi hansısa tədbirə dəvət edəndə öncə gedib ora göz gəzdirirəm. Sonra məsləhət bilirəmsə gedirik. Əgər abu hava xoşuma gəlmirsə getmirik.

-Belə xasiyyətlə bəlkə qaydasız döyüşdə iştirak edəsiniz!

-Necə şir oluramsa olum, daxilən mən xanımam. Özü də çox incə bir xanım. Arvad kimi kişi olmaqdansa, kişi kimi arvad olmaq yaxşıdır.

Xəbər lenti

Xəbər lenti