...

Qafqaz müsəlmanlarının dini lideri islam və xristian dünyasını dialoqa çağırıb

Cəmiyyət Materials 14 Avqust 2007 17:44 (UTC +04:00)
Qafqaz  müsəlmanlarının dini lideri islam və xristian dünyasını dialoqa çağırıb

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Qafqaz müsəlmanlarının dini lideri şeyxülislam Hacı Allahşükür Paşazadə islam və xristian dünyalarını dialoqun möhkəmləndirilməsinə çağırıb. Bu cür çağırışla Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri avqustun 14-də Özbəkistan paytaxtı Daşkənddə keçirilən "İslam sivilizasiyasında Özbəkistanın yeri" beynəlxalq elmi-praktiki konfransında çıxış edib. Bu barədə telefonla konfransda iştirak edən QMİ xarici əlaqələr şöbəsinin rəhbəri Müqəddəs Payızov məlumat verib.

Öz çıxışında QMİ rəhbəri növbəti dəfə qeyd edib ki, iki əsas din arasında dialoqdan başqa bir çıxış yolu görmür.

Şeyxülislam həmçinin konfransda iştirak edən müsəlman ölkələrinin ali dini rəhbərlərini Dağlıq Qarabağ münaqişəsi məsləsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə və həmrəylik nümayiş etdirməyə çağırıb.

Konfrans Təhsil, elm və mədəniyyət üzrə İslam Təşkilatının - ISESCO 2007-ci ildə Daşkəndi Asiyada islam mədəniyyətinin paytaxtı elan etdiyi qərar çərçivəsində keçirilir. Konfransda islam sivilizasiyasının müxtəlif aspektləri və onun inkişafında Özbəkistanın yeri müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti