...

Azərbaycanlı cüdoçu Ramil Qasımov Universiadanın yarımfinalına çıxıb

Cəmiyyət Materials 15 Avqust 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. Z.Səfərov / Azərbaycanlı cüdoçu Ramil Qasımov ( 66 kq) Banqkokda keçirilən Ümumdünya Universiadasında gözəl çıxışını davam etdirir.

Həmyerlimiz 1/4 finalda Taypey nümayəndəsi Syao-Çunq Sunqu məğlub edərək yarımfinala yüksəlməyi bacarıb. Qələbə üçün Ramilə cəmi 33 saniyə kifayət edib. O, asiyalıya qarşı "ippon" fəndini işlədərək təmiz qələbə qazanıb.

Universiadada Ramil üç görüşü vaxtından əvvəl bitirib. Öncə idmançımız yaponiyalı Toşiaki Umetsu və iranlı Möhsen Zakariya üzərində qələbə qazanıb. İndi isə yığmada üçqat qitə çempionu Elçin İsmayılova rəqabət yaradan Ramil finalın bir addımlığındadır.

Xəbər lenti

Xəbər lenti