...

Rejissor Ayaz Salayev: "Azərbaycan dilini dünya kinematoqrafına çıxarmaq üçün keyfiyyətli dublyaj tələb olunur "

Cəmiyyət Materials 15 Avqust 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / "Trendlife" müxbir E. Hüseynzadə/ Gələn ilin əvvəllərində yerli kanallarda bütün filmlər azərbaycan dilində nümayiş olunacaq. Bütün filmlər dublyaj olunacaq. Azərbaycan gövlət radio və televiziya verlişlərinin şurasının rəhbəri Nuşirəvan Məhərrəmli söyləyib ki, türk serialları tərcümə olunmayacaq. Çünki buna ehtiyac yoxdur. Hər kəs bu dildə olan filmləri başa düşür. İş ondadır ki, indi mütləq dulyaj üzərində ciddi iş getməlidir. Çünki insanlar nəinki yaxşı filmlərə həm də düzgün tərcüməyə qulaq asmaq istəyir. Ayaz Salayev isə indiki vəziyyətə "TrendLife"a beləcə aydınlıq gətirdi: "Təssüf ki Azərbaycanda dublyaj bir o qədər də ürək açan deyil. İlk növbədə onun səviyyəsini qalıdrmaq lazımdır. Heç olmasa rusiya dublyaj mərkəzinin təcrübəsindən bəhrələnmək olar. O çox yüksək səviyyədədir. İnanın ki, indi dublyaj çox ağrılı yerimizdir. Azərbaycan dilini dünya kinematoqrafına çıxarmaq üçün keyfiyyətli dublyaj tələb olunur".

Xəbər lenti

Xəbər lenti