...

Aliya Qarayeva Universiadada iplə hərəkətdə yeddinci olub

Cəmiyyət Materials 17 Avqust 2007 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müx. Z.Səfərov/ Azərbaycanlı gimnast Aliya Qarayeva Banqkokda keçirilən Ümumdünya Universiadasında finalda iplə hərəkətlərdə yeddinci yeri tutub. Trend in verdiyi xəbərə görə, Bakıda məhz iplə hərəkətdə qızıl medalı qazanan qitə çempionu bu dəfə ilk üçlüyə düşə bilməyib. Finalda arbitrlardan 15.725 xal qiymət alan Aliya yalnız Estoniyanın nümayəndəsi İrina Kikkası qabaqlaya bilib.

İplə hərəkətdə qalib adını isə dünən çoxnövçülükdə qalib gələn ukraynalı Anna Bessonova qazanıb. Gümüş medalı rusiyalı Vera Sessina, bürünc medalı isə ukraynalı Natalya Qodunko əldə edib.

Qeyd edək ki, Qarayeva həmçinin finalda gürz və lentlə hərəkətdə çıxış etməlidir.

Xəbər lenti

Xəbər lenti