...

Azərbaycanlı prodüsser Anar Mədətov müğənniləri nankorluqda suçladı

Cəmiyyət Materials 17 Avqust 2007 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir S. Vəliyev/ "Bəzi müğənnilər bir qədər məşhurluq qazandıqdan sonra yekəxana olmağa başlayırlar. Başalyırlar söyləməyə ki, guya uşaqlıqdan belə istedad onlarda olub. Bu nankor insanlar yaddan çıxardırlar ki, nə vaxtsa prodüserlər onlara həm mənəvi həm də maddi cəhətdən kömək ediblər. Anar və Nurlana Mədətovlar nə vaxtsa Ədalət Şükürova, İradə İbrahimovaya, Natavan Həbibiyə, "Qala" triosuna prodüserlik etmişdilər. Bu və başqa söhbətlərlə onlar "TrendLife"ın qonağı oldu.

- Bəs konkret olaraq həmin nankor müğənnilərin adını çəkə bilərsən?

-Qoy bu indi qalsın həmin müğənnilərin öz insaflarına. Hazırda isə mənə müğəni İzzət Bağırovla işləmək çox xoşdur. Bir az onun stilində, imicində, yaradıcılığında dəyişiklik etmişəm. İndi onun repertuarında şərq, rus, texno janrlı mahnılaryer alıb.Ümumiyyətlə mən yeni layihələr üzərində işləməyi sevirəm. Mənə həmişə sual verirlər ki, nəyə görə prodüserliklə məşğul olursan, iki ali təhsilin var. Bu çox maraqlı peşədir. Bu sahədə mənə etdikləri köməyə görə İlişaev qardaşlarına və Murad Dadaşova öz minnətdarılğımı bildirirəm.

-Bu peşənin adı müğənni üçün disk daşımaq birdə toylarda müğənnin çıxışı üçün pulun qədərini söyləməkdir?

-Təssüf ki, bizdə belə yalançı prodüserlər də var. Əsl prodüser işgüzar, məsulliyyətli olmalıdır. Mən Rusiyada tanınmış prodüsser olan Maks Fadeyevin işlədiyini görəndə təccüblənirdim. Onun bir sözü qanun idi. Bizim şou-biznesdə isə heç şou da yoxdur. Her kəs prodüserə hörmət etmək istəmir. Ona görə də işləmək çətindir.

-Deyirlər ki, prodüser tapmaq asandır. Lakin yaxşı artist üçün prodüser tapmaq çətindir.

- Mənim ETA prodüsser mərkəzim hazırda hər bir müğənni ilə müəyyən vaxta qədər müqavilə bağlayır. Prodüserin işi pərdə arxası işdir. Müğənni isə bir müddət keçdikldən sonra fikrləşir ki, boş boş prodüserə pul verir. İfaçı elə düşünür ki, öz karyerası ilə şəxsən məşğul ola bilər. Daha bilmir ki, eyni vaxta həm kommersiya, marketinq, yaradıcılıqla məşğul olmaq olmaz. Belə olsa yavaş-yavaş gələcəkdə onun yaradıcılığına mütləq təsir edəcək.

Xəbər lenti

Xəbər lenti