...

Türksoy Azərbaycanın Mədəniyyət və turizm nazirliyinə təşəkkür etdi

Cəmiyyət Materials 20 Avqust 2007 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir E. Hüseynzadə\ Türksoyun direktoru Mustafa Balçı Mədəniyyət və turizm nazirliyə təşəkkür məktubu göndərib. Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun "TrendLife"a verdiyi məlumata görə təşəkkür məktubunda Balçı azərbaycanlı fotoqraf Asim Talıbovun iyul ayında İstambulda keçirilən fotoqrafların görüşündəki aktiv iştirakından söhbət açıb.

Bu görüş "Türksoy" Beynəlxalq təşkilatının xətti ilə keçirildi. Həmin festivalda Türkiyə, Qazaxıstan, Kırğızıstan, Özbəkistan və başqa ölkələrdən olan fotoqrafçılar iştrak edirdi. Bizim ökəni isə fotoqraf Asim Talıbov təmsil edirdi. Onlar ora İstambulda olan abidələr haqqında böyük fotossesiya düzəltmək üçün yığışmışdılar.

Xəbər lenti

Xəbər lenti