Azərbaycan, Bakı / "TrendLife" müxbir E. Hüseynzadə\ Türk dünyasının mütəfəkkiri, filosof Cəlaləddin Ruminin bütün dünyada ili keçiriləcək. Bu məqsədlə Azərbaycanda da bir neçə tədbirlər keçəcəyi gözlənilir.
Bu haqda "TrendLife"a "Yeni Gallery" qalereyasının direktoru Rafael Gülməmmədli xəbər verib. O, həmçinin Mədəniyyət və turizm nazirliyi və rəssamlar İttifaqı ilə birlikdə bir həftə ərzində bir neçə sərgi təşkil edəcək. Sərgilər Bakının müxtəlif qalereyalarında oktyabr ayında açılacaq. Mövzu isə hər yerdə eynidir - Cəlaləddin Rumi. Bu tədbirlər beynəlxalq xarakter daşıyır. Sərgidə nəinki Azərbaycandan hətta Türkiyədən, İrandan olan rəssamlar öz işlərini nümayiş etdirəcəklər. Hazırda bu layihə üzərində hazırlıq işləri gedir.