...

Azərbaycanın Cüdo Federasiyası WADA-dan xəbərlər gözləyir

Cəmiyyət Materials 22 Avqust 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın Cüdo Federasiyası Olimpiadaya əsas namizədlərdən biri olan Nicat Şıxəlizadənin ( 60 kq ) bədənində qadağa olunmuş preparatların aşkarlanması ilə bağlı məlumatı hələlik təsdiqləməyib.

Trend in xəbərinə görə, təşkilatda bildiriblər ki, atletin mümkün diskvalifikasiyası ilə bağlı hələlik heç bir rəsmi sənəd almayıblar. Lakin bu məsələyə yaxın vaxtlarda aydınlıq gətirilməlidir. Çünki Nicat sentyabrda keçiriləcək lisenziya xarakterli mundiala hazırlaşır. Əgər Ümumdünya Antidopinq Agentliyi (WADA) Şıxəlizadəni qadağan olunmuş preparatların qəbulunda günahkar bilsə, o, uzun müddətə diskvalifikasiya edilə bilər. Nəzər alınmalıdır ki, 2005-ci ildə Nicat yarım il müddətinə böyük idmandan kənarlaşdırılmışdı.

Xəbər lenti

Xəbər lenti