...

Bakının Nizami rayonunun 9 yaşlı sakinini zorlayan manyak həbs olunub

Cəmiyyət Materials 22 Avqust 2007 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Bakının Nizami rayonunun 9 yaşlı sakinini zorlayan manyak həbs olunub. Bu haqda Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin çərşənbə günü birgə yaydığı məlumatda deyilir.

23 yaşlı Bakı şəhər sakini Sənan Əliyev avqustun 22-də şübhəli şəxs qismində saxlanılıb və tanınmaya təqdim edilərkən 9 yaşlı Günay Mürşüdova tərəfindən tanınıb.

Əliyev müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti boynuna alıb.

Əliyev barəsində Nizami rayon prokurorluğunda cinayət işi açılıb və istintaq aparılır.

9 yaşlı Mürşüdova avqustun 20-də səhər saat 9.00 radələrində Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 30 saylı evin blokunda, 2-ci mərtəbənin pilləkən meydanında zorlanıb

Xəbər lenti

Xəbər lenti