...

Azərbaycan Təhsil Nazirliyi gənclərin xaricdə təhsil alması ilə bağlı Dövlət Proqramının reallaşdırılmasına başlayıb

Cəmiyyət Materials 24 Avqust 2007 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , S.Ağayeva / Cümə günü Azərbaycanın təhsil naziri Misir Mərdanovun jurnalistlərə verdiyi məlumata görə, Azərbaycan Təhsil Nazirliyi "Azərbaycan gənclərinin xaricdə təhsil alması üzrə Dövlət Poroqramı" çərçivəsində xarici ölkə ali məktəblərində təhsil almaq istəyən 25 namizədin sənədlərini hazırlayıb.

Dövlət Proqramı 2007-ci il aprelin 16-da təsdiq olunub. Prezident proqramın Dövlət Neft Fondunun və qanunvericiliklə qadağan olunmayan digər mənbələrin hesabına maliyyələşdirilməsi barədə göstəriş verib. Proqramın həyata keçirilməsinə nəzarət isə prezident yanında Təhsil Komissisyasına tapşırılıb.

Ölkənin ali məktəblərinin bakalavr pilləsinin 25 tələbəsinin sənədləri nəzərdən keçirilməsi məqsədilə Maliyyə Nazirliyinə təqdim olunub. Nazirin sözlərinə görə, onların təhsili üçün vəsaiti Neft Fondu ayıracaq.

İlkin mərhələdə Azərbaycanın ali məktəblərinin bakalavr dərəcəsini almış gənclərin təhsilinin davam etdirilməsinin təşkili ilə bağlı iş aparılır. Nazirin sözlərinə görə, söhbət Almanya, Fransa, ABŞ və digər ölkələrin ali məktəblərində təhsil almanın təşkilindən gedir.

Beşillik proqram çərçivəsində 5000 azərbaycanlı gəncin xaricdə təhsil alması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti