...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi uçan binanın sürüşmə zonasında yerləşmədiyini müəyyənləşdirib

Cəmiyyət Materials 29 Avqust 2007 15:50 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi uçan binanın sürüşmə zonasında yerləşmədiyini müəyyənləşdirib

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakıda Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində tikilən binanın sürüşmə zonasında yerləşmədiyi müəyyənləşdirilib. Bu barədə çərşənbə günü Trend ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin əməkdaşı İradə İbrahimova məlumat verib.

Çərşənbə axşamı saat 17:00-da həmin ünvanda yerləşən bina uçub. Uçqun nəticəsində 8 nəfər ölüb, 6 nəfər yaralanıb. Azərbaycan Memarlar İttifaqı binanın uçmasının iki mümkün səbəbini göstərib. "Uçmanın səbəbi konstruksiyanın düzgün çəkilməməsi, yaxud tikinti işlərinin düzgün icra edilməməsi ola bilər" - deyə çərşənbə günü Azərbyacan Memarlar İttifaqının vitse-prezidenti Hafiz Əmirxanov bildirib.

İbrahimova bildirib ki, nazirlik binaya ekoloji ekspertiza rəyi verməyib.

Hadisə ilə bağlı binanı inşa edən "Mütəfəkkir" şirkətinin rəhbəri Əsgər Əliyev Azərbaycan Cinayət Məcəlləsinin 222-ci maddəsi (tikinti, mədən işləri və digər işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) ilə həbs olunub. Ondan başqa daha üç nəfər saxlanılıb.

Xəbər lenti

Xəbər lenti