...

ABŞ Azərbaycandakı səfiri: Şər və böhtana görə maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdırlar

Cəmiyyət Materials 30 Avqust 2007 20:27 (UTC +04:00)

Azərbaycan, Ağcəbədi/ Trend , müxbir Ş.Cəliloqlu/ Şər və Böhtana görə maddələr Azərbaycan Respublikası Cinayət Məcəlləsindən çıxarılmalıdır. Belə bir bəyanatla Ağcəbədi rayonuna səfər edən Amerika Birləşmiş Ştatlarının Azərbacandakı səfiri Enn Dersi çıxış edib.

"Jurnalistlarin şər va bohtan maddəsi ila cinayət məsuliyyətinə cəlb olunması düzgün deyil", - səfir deyib.

Onun sözlərinə görə, bununla bağlı ABŞ və Azərbaycan hökumətləri arasında danısıqlar aparılır.

Xanım Dersi əlavə edib ki, jurnalistlərin şər va böhtan maddalərilə cinayət məsuliyyətinə cəlb olunması Avropa İnsan Haqları Konvensiyasına da ziddir.

Xəbər lenti

Xəbər lenti