...

Azərbaycanlıların İsraildəki konqresi Yaxın Şərqlə münasibətləri möhkəmləndirmək niyyətindədir

Cəmiyyət Materials 1 Sentyabr 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynov/ Yaxın zamanlarda Azərbaycan və İsrailin işgüzar adamlarının və sahibkarlarının birliyinin yaradılması planlaşdırılır. "Layihənin işlənib hazırlanması sona çatmaq üzrədir, layihə Azərbaycan və Yaxın Şərq ölkələri arasında igüzar əlaqələrin yaradılmasına təkan verəcək" - deyə Trend ə Təl-Əvivdən telefonla Yaxın Şərq azərbaycanlılarının Konqresinin prezidenti, iş adamı və ictimai xadim Aleks Şapiro-Suliman bildirib.

işgüzar adamların və sahibkarların birliyinin yaradılması Yaxın Şərq azərbaycanlılarının İsrailin Rişon Le Sion şəhərində yerləşən Konqresinin bu yaxınlarda yaratdığı layihələrdən biridir.

"Çoxlu sayda azərbaycanlının xaricdə, o cümlədən Yaxın Şərqdə yaşaması faktdır. Azərbaycan və Ermənistan arasında münaqişə, həmçinin Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan xalqı siyasi, iqtisadi və mənəvi sarsıntı keçirdi ki, bu da bir çox azərbaycanlının vətəni tərk etməsinə səbəb oldu. Biz, Azərbaycan xalqının nümayəndəsi kimi , Yaxın Şərq azərbaycanlıları Konqresinin yaradılmasını Azərbaycan diasporasının həyatında mühüm hadisə hesab edirik" - deyə Şapioro Suliman bildirib.

Yeni disapor strukturunun növbəti fəaliyyəti məsələsinə toxunaraq konqresin prezidenti qeyd edib ki, Yaxın Şərq azərbaycanlılarının konqresi Yaxın Şərqdə yaşayan azərbyacanlılar arasında əməkdaşlığın yaradılması və inkişafında xüsui rol oynacayaq. "Yaxın Şərqdəki Azərbaycan diasporasına layiq olmaq üçün biz hər şeyi Azərbaycan xalqının naminə etməliyik. Bizim Konqres İsrail və Yaxın Şərqdə yaşayan azərbaycanlılara mədəni və sosial yardım göstərəcək və Azərbacan-Ermənistan münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini əsirgəməyəcək" - deyə konqresin prezidenti bildirib.

Konqresin planlarına yaxın zamanlarda İnternet səhifənin yaradılması daxidir.

Xəbər lenti

Xəbər lenti