...

Anadangəlmə ürək qüsuru olan Bakı sakini qanunsuz həbs olunub

Cəmiyyət Materials 1 Sentyabr 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Anadangəlmə ürək qüsuru olan Bakı sakini qanunsuz həbs olunub. İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov şənbə günü Trend ə bildirib ki, Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Mahir Babaşov barəsindəki həbs qətimkann tədbirinin dəyişdirilməsinə Baş Prokurorluğun yüksək vəzifəli şəxsi imkan vermir. Həmin məmurun adını açıqlamayan Komitə sədri bu barədə baş prokuror Zakir Qaralova müraciət edəcəyini, müvafiq tədbir görülməyəcəyi halda onun adını açıqlayacağını deyib. Dələduzluqda ittiham olunan Babaşov özünü həmin cinayətdə təqsirli bilmir və qanunsuz həbs olunduğunu iddia edir.

Təcridxanada monitorinq keçirən Behbudov orada saxlanılan bir neçə şəxslə də görüşüb.

Bakı şəhər sakini Fərhad Əliyev Nəsimi Rayon Polis İdarəsində işgəncələrə məruz qaldığını, etmədiyi cinayətin məcburən boynuna qoyulduğunu deyib..

Sabiq səhiyyə naziri əli İnsanov isə vəziyyətinin ağır olduğunu, müalicəsi üçün heç bir şərait yaradılmadığını, həyatı üçün təhlükə olduğunu bildirib.

Komitə sədri bütün bu faktlarla bağlı aidiyyatı qurumlara müraciət edəcək.

Xəbər lenti

Xəbər lenti