...

Avropa Şurasının insan haqları üzrə komissarının Bakıda QHT nümayəndələri ilə görüşləri başlanıb

Cəmiyyət Materials 3 Sentyabr 2007 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir A. Qasımova/ Bakıda Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqin qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşləri başlanıb.

Hüquq mdafiəçisi Səidə Qocamanlının görüşdən sonra verdiyi məlumata görə, görüşdə siyasi həbs, söz azadlığı, jurnalistlərin həbsi məsələləri müzakirə olunub. Azərbaycanlı hüquq müdafiəçiləri həbsdə olan iki jurnalistin, "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev və "Nota Bene" qəzetinin əməkdaşı Fərəməz Novruzoğlunun səhhətindən narahat olduqlarını bildiriblər və insan hüquqları üzrə komissara onlara baş çəkməyi tövsiyə ediblər.

Azərbaycanda sentyabrın 8-nə qədər davam edəcək səfəri çərçivəsində Hammerberq Azərbaycan prezidenti və nazirləri, hakimlər, QHT və KİV nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır.

Avropa komissarı həmçinin Azərbaycanın regionlarına səfər edəcək, həbsxanalara baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti