...

Avropalı komissar: "Azərbaycanda yeni hakimlərin təyini rüşvətxorluq hallarını azaldacaq"

Cəmiyyət Materials 6 Sentyabr 2007 14:48 (UTC +04:00)
Avropalı komissar: "Azərbaycanda yeni hakimlərin təyini rüşvətxorluq hallarını azaldacaq"

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Azərbaycanda yeni hakimlərin təyini və onların əmək haqlarının artırılması bu sahədə rüşvətxorluq hallarının azalmasına gətirib çıxaracaq. Bu bəyanatla cümə axşamı Gəncəyə səfəri çərçivəsində Nizami rayon Məhkəməsində olan Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberrq çıxış edib.

Sentyabrın 3-dən Hammerberqin Azərbaycana səfəri başlayıb. Bakıda görüşlər keçirdikdən sonra avropalı komissar regionlara səfərə başlayıb. O , Gəncədən sonra Ağdama səfər edəcək. Ölkədə insan haqlarının qorunması ilə bağlı yekun hesabat səfər başa çatdıqdan sonra açıqlanacaq.

Hammerberq səfəri çərçivəsində cümə axşamı Gəncə 2 saylı İstintaq Təxridxanasında da olub. Təcridxananın fəaliyyətindən razı qaldığını deyən komissar bildirib ki, vərəmli xəstələrin müayinəsi üçün fadalı tədbirlər görülür.

"Təcridxanaya yeni gətirilən məhbusda vərəmin olub-olmaması ücün yoxlamaların xüsusi aparılması müsbət nəticədir" Hammerberq deyib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti