...

Azərbaycan volleybolçuları Avropa-2008 Qran-Prisinə vəsiqə qazanmaya bilər

Cəmiyyət Materials 10 Sentyabr 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Əgər Azərbaycanın qadınlardan ibarət volleybol üzrə yığma komandası sentyabrın 20-də Belçika və Lüksemburqda keçiriləcək qitə çempionatında yaxşı çıxış etməsə, gələn ilin Avropa-2008 Qran-Prisinə vəsiqə qazanmaq şanslarını itirə bilər.

Ankaradakı oyunların yekunlarına görə, komanda keçirilən 6 oyunda məğlub olaraq Qran-Pri yarışında sonuncu yeri tutub. Buna görə indi hər şey Faiq Qarayevin rəhbərliyi altında qarşıdan gələn qitə birinciliyndə əldə ediləcək nəticədən asılıdır. Komanda burada Almaniya, Rusiya və Belarus ilə bir qrupda yer alıb. Əgər komanda birinci qrup mərhələsini keçə bilməsə, o zaman Avropa Qran-Prisinə gedən yol komanda üçün bağlı olacaq.

Ankarada keçirilən yarışın yekunlarına görə, Almaniya, Türkiyə və İtaliya Dünya Qran-Prisinə vəsiqə qazanıblar.

Xəbər lenti

Xəbər lenti