...

Xaqani Məmmədov: Antalya təlim-məşq toplanışı gənc hakimlərin oyun praktikasını artırır

İdman Materials 24 Yanvar 2012 20:17 (UTC +04:00)
Türkiyənin Antalya şəhərində yanvarın 17-dən hazırlıq prosesinə başlayan Azərbaycanın futbol üzrə hakimləri gün ərzində 4-5 oyunu idarə edir.
Xaqani Məmmədov: Antalya təlim-məşq toplanışı gənc hakimlərin oyun praktikasını artırır

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir M.Əliyev/

Türkiyənin Antalya şəhərində yanvarın 17-dən hazırlıq prosesinə başlayan Azərbaycanın futbol üzrə hakimləri gün ərzində 4-5 oyunu idarə edir.

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov çərşənbə axşamı Trend-ə bildirib ki, 39 hakimin qatıldığı təlim-məşq toplanışı yanvarın 30-da başa çatacaq. Bu müddət ərzində hakimlərimizin 50-dən artıq oyunu idarə edəcəyi gözlənilir.

Məmmədovun sözlərinə görə, Antalya təlim-məşq toplanışı hakimlərimizin, xüsusilə, gənc hakimlərin oyun praktikasını, fiziki göstəricilərini artırır.

AFFA Hakimlər Komitəsinin sədri bildirib ki, hakimlərin idarə etdiyi hər oyundan sonra oyunların təhlili aparılır və buraxılan səhvlər, verilən müsbət qərarlar qeyd olunur.

"İnanıram ki, bu cür oyunların təhlili Unibank Premyer Liqasındakı oyunlar zamanı hakimlərin idarəçiliyinin daha da yüksəlməsinə təsir edəcək", - Məmmədov əlavə edib.

Qeyd edək ki, artıq dördüncü ildir ki, Azərbaycanın futbol üzrə hakimləri qış təlim-məşq toplanışını Antalyada keçirir.

Xəbər lenti

Xəbər lenti