...

Azərbaycanın futbol üzrə millisi Sinqapurla oynayacaq

İdman Materials 28 Yanvar 2012 13:05 (UTC +04:00)
Azərbaycanın futbol üzrə milli komandası Sinqapurla yoldaşlıq oyunu keçirəcək.
Azərbaycanın futbol üzrə millisi Sinqapurla oynayacaq

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın futbol üzrə milli komandası Sinqapurla yoldaşlıq oyunu keçirəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından şənbə günü bildirilib.

Oyun fevralın 24-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

Bu il Azərbaycan milli yığma komandası həmçinin fevralın 29-da Dubayda Fələstin, mayın 30-da Almaniyanın Frankfurt şəhərində Andorra, iyunun 5-də isə Minsk şəhərində Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Xəbər lenti

Xəbər lenti