...

Azərbaycan pley-off-da Rusiya ilə qarşılaşacaq

İdman Materials 11 Fevral 2012 15:23 (UTC +04:00)
Bu gün Xorvatiyanın Zaqreb şəhərində futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda play-off oyunlarının püşkatma mərasimi keçirilib.
Azərbaycan pley-off-da Rusiya ilə qarşılaşacaq

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Bu gün Xorvatiyanın Zaqreb şəhərində futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda play-off oyunlarının püşkatma mərasimi keçirilib.

Trend-in şənbə günü AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, püşkün nəticəsinə əsasən, Azərbaycan milli komandası play-off-da Rusiya yığması ilə qarşılaşacaq.

Bu mərhələnin ilk oyunları 25-28 mart, cavab qarşılaşmaları isə 8-11 aprel tarixlərində olacaq. Millimiz ilk oyunu Bakıda keçirəcək.

Futzal üzrə dünya çempionatının final mərhələsi noyabrın 2-dən 18-dək Tailandda təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti