...

"Bakcell" FIFA U-17 qadınlararası dünya çempionatının milli sponsoru oldu

İdman Materials 15 Fevral 2012 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Azərbaycanın mobil operatoru "Bakcell" ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatını dəstəkləyən ilk Azərbaycan şirkəti olub.

Şirkətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, fevralın 14-də Sürix şəhərində yerləşən FIFA qərargahında Bakcell-in baş icraçı direktoru Riçard Şirer sertifikatın təhvil verilməsi mərasimində iştirak edib.

FIFA U-17 qadınlararası dünya çempionatı 2012-ci il sentyabrın 22-dən oktyabrın 13-dək Bakı və Lənkaran şəhərlərində keçiriləcək. "Bakcell" şirkəti bu yarış üçün yerli səviyyədə mühüm dəstək göstərəcək, FİFA təşkilatına və Yerli Təşkilat Komitəsinə bu tədbirin təbliği və təşkilində kömək edəcək.

Sözügedən çempionat "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın bir hissəsidir və əsas məqsədi futbol infrastrukturunun və futbol sahəsində təhsilin inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə yanaşı, əhali arasında sağlam həyat tərzinin təşviq edilməsidir.

"FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan xalqı üçün əlamətdar bir hadisədir, - Bakcell-in baş icraçı direktoru Riçard Şirer bildirib. - Futbol bir xalq oyunudur, "Bakcell" isə xalqın mobil operatorudur. Məhz buna görə də biz bu tədbirdə yaxından iştirak etməyimizə və FIFA U-17 qadınlararası dünya çempionatını dəstəkləyən ölkənin ilk şirkətlərindən biri olmağımıza görə olduqca məmnunuq".

Qonaqları böyük səmimiyyətlə qarşılayan FİFA təşkilatının Strategiya və brendin idarə edilməsi şöbəsinin rəhbəri Ralf Ştraus qeyd edib: "Biz çox şad olduq ki, "Bakcell" kimi şirkət bizə öz etibarını və dəstəyini göstərib. Şirkətin Azərbaycan bazarında təcrübəsi və turnirin ev sahibi olan ölkədə tədbirin təblığ edilməsi sahəsində səyləri bu yay inanılmaz bir çempionatın təşkil edilməsinin vacib komponentidir".

"Bakcell" inanır ki, Azərbaycanda bu cür nüfuzlu idman tədbirinin keçirilməsi ölkəmizdə digər yüksək səviyyəli beynəlxalq turnirlərin keçirilməsi üçün təkan verəcək.

Bakcell, onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək olar.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti