...

Gəncədə Unibank Premyer Liqasının oyunu baş tutmadı

İdman Materials 16 Fevral 2012 11:28 (UTC +04:00)
Unibank Premyer Liqasının XX turunun "Kəpəz" - "İnter" oyununun keçirilmə yeri dəyişdirilib
Gəncədə Unibank Premyer Liqasının oyunu baş tutmadı

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir M.Əliyev/

Unibank Premyer Liqasının XX turunun "Kəpəz" - "İnter" oyununun keçirilmə yeri dəyişdirilib.

Trend-in PFL-in saytına istinadən yaydığı məlumata görə, Gəncə şəhər stadionunun ot örtüyünün pis vəziyyətdə olması ilə əlaqədar olaraq "Kəpəz" - "İnter" qarşılaşması Yevlax şəhər stadionunun əsas meydançasında keçiriləcək.

Qeyd edək ki, oyunun başlama saatı da dəyişdirilib. Əvvəlcə saat 14.00-da nəzərdə tutulan görüş saat 14.30-da başlanacaq.

Xəbər lenti

Xəbər lenti