...

Azərbaycan basketbolçuları beynəlxalq turnirdə iştirak edəcək

İdman Materials 28 Fevral 2012 16:31 (UTC +04:00)
Avropa Çempionatının təsnifat mərhələsinin hazırlıq çərçivəsində milli yığmamız martın 5-dən təlim-məşq toplanışına başlayır.
Azərbaycan basketbolçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Avropa Çempionatının təsnifat mərhələsinin hazırlıq çərçivəsində milli yığmamız martın 5-dən təlim-məşq toplanışına başlayır. 10 günlük toplanış bitdikdən sonra yığmamız Qırğızıstanın Bişkək şəhərində keçiriləcək ənənəvi "Novruz-2012" beynəlxalq turnirinə yollanacaq.

Trend-in çərşənbə axşamı Azərbaycan Basketbol Federasiyasının rəsmi saytına istinadən yaydığı məlumata görə, martın 16-dən 23-dək keçiriləcək turnirdə Azərbaycan millisi ilə yanaşı, Özbəkistan yığması, Rusiyanın Federal Universitetinin komandası (Yekaterinburq şəhəri), "AIA" komandası (ABŞ), Qazaxıstanın "Kopşaqay" komandası və ev sahibləri iştirak edəcəklər. Bu turnirdə yığmamızı əsasən gənc basketbolçular təmsil edəcək. Bu da öz növbəsində onlar üçün Avropa Çempionatının təsnifat mərhələsinin oyunları ərəfəsində bir daha öz məharətlərini göstərməyə imkan verəcək.

Qeyd edək ki, Azərbaycan millisi son iki ildə "Novruz" turnirinin qalibi olub.

Milli yığma turnirdə bu heyətlə çıxış edəcək: Fuad Niftaliyev, Zaur Quşanov, Bəxtiyar Ələkbərov, Rüstəm Əliyev, Polad Həsənov, Andrey Kondratyev (hamısı "Qala" BK), Amil Həmzəyev, Anar Hacıyev (hər ikisi "Araz"-Naxçıvan), Anar Sarıyev ("NTL-Tudor"), Anton Belausov ("AZTOP"), Zaur Paşayev ("Kutaisi-2010", Gürcüstan), Konstantin Berkov ("Dinamo", Rusiya)

Xəbər lenti

Xəbər lenti