...

Azərbaycanın futbol hakimi dünya çempionatının final mərhələsinə təyinat alıb

İdman Materials 12 Mart 2012 10:47 (UTC +04:00)
Azərbaycanın futbol hakimi futzal üzrə dünya çempionatının final mərhələsinə təyinat alıb
Azərbaycanın futbol hakimi dünya çempionatının final mərhələsinə təyinat alıb

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın futbol hakimi futzal üzrə dünya çempionatının final mərhələsinə təyinat alıb.

AFFA-dan bazar günü Trend-ə bildiriblər ki, beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov UEFA tərəfindən yeni təyinat alıb.

Futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda martın 26-da, Minsk şəhərində keçiriləcək Belarus - Potuqaliya play-off oyununun hakim-inspektoru Murad Məmmədov olacaq.

Xəbər lenti

Xəbər lenti