...

Azad Rəhimov avropalı nazirlərlə danışılmış oyunlar ilə mübarizəni müzakirə edəcək

İdman Materials 14 Mart 2012 12:36 (UTC +04:00)
Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov Serbiyanın Belqrad şəhərində martın 15-də başlayacaq Avropa Şurası İdman Nazirlərinin 12-ci Konfransında iştirak edəcək.
Azad Rəhimov avropalı nazirlərlə danışılmış oyunlar ilə mübarizəni müzakirə edəcək

Azərbaycan, Bakı, 14 mart / Trend müxbir M.Əliyev/

Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov Serbiyanın Belqrad şəhərində martın 15-də başlayacaq Avropa Şurası İdman Nazirlərinin 12-ci Konfransında iştirak edəcək.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Gənclər Və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Konfrans zamanı "Oyunların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı idmanın təmizliyinin və bütövlüyünün qorunub saxlanılması", "Ümumavropa idman əməkdaşlığının cari siyasi məsələləri" və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Konfrans çərçivəsində qonaqlar üçün idmanda ümumi Avropa əməkdaşlığına dair təqdimat (WADA, Avropa İttifaqı, UEFA ilə əməkdaşlıq) ediləcəkdir.

Avropa nazirlərinin əvvəlki konfransının Bakı şəhərində keçirildiyindən prosedura görə Azad Rəhimov növbəti Konfransın həmsədrlərindən biri olacaq.

Xəbər lenti

Xəbər lenti