...

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kyokuşinkay karate üzrə II açıq çempionat keçirilir

İdman Materials 3 May 2012 12:52 (UTC +04:00)
6 May 2012 tarixində Bakı şəhərinin Şağan Olimpiya kompleksində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kyokuşinkay karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında II açıq çempionat keçiriləcəkdir.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kyokuşinkay karate üzrə II açıq çempionat keçirilir

Azərbaycan, Bakı, 3 may /Trend/

6 May 2012 tarixində Bakı şəhərinin Şağan Olimpiya kompleksində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kyokuşinkay karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında II açıq çempionat keçiriləcəkdir.

Trend-in məlumatına görə, Binəqədi Gənclər və İdman İdarəsi və İFK Kyokuşinkay Beynəlxalq Karate Federasiyasının Azərbaycanda nümayəndəliyi tərəfindən təşkil olunan turnirdə Azərbaycanda Kyokuşinkay sahəsində fəaliyyət göstərən Kyokuşin Kan, İKO Matsuşima, Oyama Karate, Tezuko təşkilatlarının idmançıları iştirak edəcəkdir.

İFK təşkilatının idmançıları Azərbaycanı 19 may tarixində Rusiyada "Gazprom"un sponsorluğu ilə keçiriləcək "Yamburq Kuboku" adlı mötəbər IV açıq beynəlxalq IFK kyokuşinkay çempionatında, 8-11 İyun tarixində Rusyanın paytaxtı Moskva şəhərində keçiriləcək KWU açıq Avropa kyokuşin çempionatında və 13 Oktyabrda İngiltərədə 4-cü Avropa Kubokunda (36-ci açıq İngiltərə çempionatı) təmsil edəcəklər.

Xəbər lenti

Xəbər lenti