...

Azərbaycanın peşəkar boksçusu erməni rəqiblə qarşılaşacaq (FOTO)

İdman Materials 3 May 2012 14:46 (UTC +04:00)
Almaniyada mayın 12-də Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov erməni idmançı Geqise Tolmaszyanla qarşılaşacaq.
Azərbaycanın peşəkar boksçusu erməni rəqiblə qarşılaşacaq (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/

Almaniyada mayın 12-də Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov erməni idmançı Geqise Tolmaszyanla qarşılaşacaq.

Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirilən mətbuat konfransında Fariz Məmmədov bildirib ki, peşəkar idmana cəmi 5 həftə əvvəl qayıtmasına baxmayaraq, erməni idmançının çağırışına etiraz etməyib. "Mən sentyabr ayına qədər istənilən təklifə razı olmayacaqdım. Lakin buna etiraz edə bilmədim", - o deyib.

Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov yeddi il həbsxana həyatı yaşadıqdan sonra yenidən peşəkar idmana qayıdıb. Bu günlərdə isə Məmmədov Almaniyanın boks şirkətlərinin biri ilə müqavilə imzalayıb.

"Mən yeddi ildir ki, bu döyüşü arzulamışam", - o deyib.

Avstriyada yaşayan, Ermənistanın adından çıxış edən Geqise Tolmaszyan 16 görüş keçirib, 14-də qalib gəlib.

WBCA üzrə beynəlxalq kəmər uğrunda Fariz Məmmədovla Geqise Tolmaszyan arasında keçiriləcək döyüş 12 raunddan ibarət olacaq.

Xəbər lenti

Xəbər lenti