...

"Bakı" klubunun sabiq baş məşqçisi yenə komandasız qalıb

İdman Materials 9 May 2012 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 may /Trend/

Türkiyənin "Karabükspor" klubu baş məşqçi Bülənt Qorxmazla yollarını ayırıb. Trend-in məlumatına görə, bu barədə komandanın rəsmi saytı açıqlama yayıb.

Açıqlamada Bülənt Qorxmazla görüşən rəhbərliyin onunla yeni müqavilə imzalamaq istəmədiyi bildirilib və göstərdiyi xidmətə görə gənc mütəxəssisə təşəkkür edilib.

Qeyd edək ki, Superliqanın 10-cu turunda "Karabükspor"un baş məşqçisi postuna gətirilən Qorxmazın komandası çempionatı 44 xalla 12-ci pillədə bitirib.

Xatırladaq ki, Qorxmaz Azərbaycanda "Bakı" klubunun da baş məşqçisi olub.

Xəbər lenti

Xəbər lenti