...

Beynəlxalq Dağçılıq Federasiyasının sabiq prezidenti Bakıda idman dırmanma mərkəzinin açılışında iştirak edəcək

İdman Materials 11 May 2012 16:03 (UTC +04:00)
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) rəhbərliyinin dəvəti ilə Beynəlxalq Dağçılıq Federasiyasının (UIAA) sabiq prezidenti Mayk Mortimer 7-15 may tarixlərində Bakıda səfərdədir.
Beynəlxalq Dağçılıq Federasiyasının sabiq prezidenti Bakıda idman dırmanma mərkəzinin açılışında iştirak edəcək

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) rəhbərliyinin dəvəti ilə Beynəlxalq Dağçılıq Federasiyasının (UIAA) sabiq prezidenti Mayk Mortimer 7-15 may tarixlərində Bakıda səfərdədir.

FAIREX-dən cümə günü Trend-ə verilən məlumata görə, səfər proqramı çərçivəsində Mortimerin bir sıra rəsmi qurumların məsul şəxsləri ilə görüşlər keçirəcəyi, həmçinin yeni inşa olunmuş "ClimBaku" idman dırmanma mərkəzinin açılışında iştirak edəcəyi gözlənilir.

UIAA-nın sabiq prezidenti 11 mayda FAIREX-in ofisində federasiyanın aktiv idmançıları ilə görüşəcək.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2010-cu ilin əvvəlindən Beynəlxalq Dağçılıq Federasiyasının aktiv üzvüdür.

Xəbər lenti

Xəbər lenti