Azərbaycan, Bakı, 17 may /Trend/
Bu gün Azərbaycan kubokunun final matçı keçirilib. "Neftçi" və "Bakı" komandaları üz-üzə gəlib.
Trend-in məlumatına görə, matçda gözlənilmədən "Bakı" hesabda önə çıxıb. 8-ci dəqiqədə Koke fərqlənib. Düz 20 dəqiqədən sonra Junior hesabı 2:0-a çatdırıb.
Beləliklə, "Bakı" Unibank Premyer Liqasını 6-cı pillədə başa vursa da, 3-cü dəfə Azərbaycan kubokuna yiyələndi.
Matçın baş hakimi Əliyar Ağayev olub. Onun köməkçiləri funksiyasını Mehman Mahmudov və Elman Musayev icra edib.