...

Euro-2012-in birinci günündə Polşa Yunanıstanla heç-hecə oynayıb, Rusiya Çexiyanı darmadağın edib (ƏLAVƏ OLUNUB)

İdman Materials 8 İyun 2012 22:54 (UTC +04:00)
Euro-2012 açılış matçında Polşa millisi Yunanıstanla heç-hecə oynayıb.
Euro-2012-in birinci günündə Polşa Yunanıstanla heç-hecə oynayıb, Rusiya Çexiyanı darmadağın edib (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 22:54-də yayılıb

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Euro-2012 açılış matçında Polşa millisi Yunanıstanla heç-hecə oynayıb.

Varşavada keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.

Hesabı 17-ci dəqiqədə Polşanın hücumçusu Robert Levandovski açıb. Amma ikinci yarıda yunanıstanlı Salpinqidis status-kvonu bərpa edib.

Oyunun gedişatında 2 qırmızı vərəqə göstərilib (yunanıstanlı Papastatopulosa və polşalı Sçesnıya), Yunanıstan millisi isə penaltidən yararlana biməyib.

A qrupunun ikinci oyunda Rusiya milli komandası Çexiyanı 4:1 hesabı ilə darmadağın edib.

Birinci hissədə Alan Dzagoyev və Roman Şirokov öz adları tabloya yazdırıblar. İkinci hissədə Vatslav Pilarj Çexiyanın təsəlli qolunu vurub. Amma matçın axırında Alan Dzagoyevin və Roman Pavlyuçenkonun qolları son hesabı müəyyən ediblər.

Bu qələbədən sonra Rusiya A qrupunun turnir cədvəlini başçılıq edir.

Xəbər lenti

Xəbər lenti