...

Arşavin "Avro 2012"-nin ən yaxşı ötürmə verəni olub

İdman Materials 2 İyul 2012 10:34 (UTC +04:00)
Bazar günü başa çatan futbol üzrə Avropa çempionatının ən yaxşı assistenti Rusiya yığmasının hücumçusu Andrey Arşavin olub. Onun hesabında üç ötürmə var.
Arşavin "Avro 2012"-nin ən yaxşı ötürmə verəni olub

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Bazar günü başa çatan futbol üzrə Avropa çempionatının ən yaxşı assistenti Rusiya yığmasının hücumçusu Andrey Arşavin olub. Onun hesabında üç ötürmə var. Trend-in məlumatına görə, bu barədə İnterfaks xəbər verir.

İngiltərə yığmasının yarımmüdafiəçisi Stiven Cerrard, onun ispan həmkarı David Silva, eləcə də Almaniya yığmasının orta sahə oyunçusu Mesut Özil də eyni sayda ötürmə versələr də, onlar rusiyalı futbolçu ilə müqayisədə daha çox matç keçiriblər: 3 oyuna qarşı müvafiq olaraq 4, 5 və 5 oyun.

2012-ci il futbol üzrə Avropa çempionatı iyunun 8-dən iyulun 1-dək Ukrayna və Polşanın səkkiz şəhərində keçirilib.

Xəbər lenti

Xəbər lenti