...

Azərbaycan yığmasının DÇ 2014-ün seçmə mərhələsində ilk səfər oyununu keçirəcəyi şəhər müəyyənləşib

İdman Materials 16 İyul 2012 17:07 (UTC +04:00)
Azərbaycanın futbol üzrə milli komandasının DÇ 2014-ün seçmə mərhələsində ilk səfər oyununu keçirəcəyi şəhər müəyyənləşib.
Azərbaycan yığmasının DÇ 2014-ün seçmə mərhələsində ilk səfər oyununu keçirəcəyi şəhər müəyyənləşib

Azərbaycan, Bakı, 16 iyul /Trend müxbir M.Əliyev/

Azərbaycanın futbol üzrə milli komandasının DÇ 2014-ün seçmə mərhələsində ilk səfər oyununu keçirəcəyi şəhər müəyyənləşib.

Trend-in məlumatına görə, bazar ertəsi AFFA-dan bildirilib ki, bu il sentyabrın 11-də seçmə mərhələdə ilk səfər oyununda Azərbaycan Braqa şəhərinin "AXA Stadium" meydanında Portuqaliya ilə qarşılaşacaq.

Seçmə turnirdə Azərbaycan ilk oyununu sentyabrın 7-də Bakıda İsrail millisinə qarşı keçirəcək.

Azərbaycan yığmasının yer aldığı F qrupunda Portuqaliya və İsraildən başqa Rusiya, Şimali İrlandiya və Lüksemburq da yer alıb.

2014-cü ildə futbol üzrə dünya çempionatı Braziliyada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti