...

"İnter" və "Xəzər Lənkəran" uğurlarını davam etdirə biləcəkmi?

İdman Materials 19 İyul 2012 14:29 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin oyunları keçiriləcək.
"İnter" və "Xəzər Lənkəran" uğurlarını davam etdirə biləcəkmi?

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin oyunları keçiriləcək.

Trend-in məlumatına görə, ikinci təsnifat mərhələsində Azərbaycan təmsilçiləri - "İnter" və "Xəzər Lənkəran" da mübarizə aparır. Bu gün meydana çıxacaq komandaların hər ikisi ikinci təsnifant mərhələsinin ilk matçlarını "evdə" keçirəcəklər.

"Xəzər Lənkəran" Polşanın "Lex" klubu ilə qarşılaşacaq. Start fiti saat 20:00-da veriləcək oyun Lənkəran şəhər Mərkəzi stadionunda baş tutacaq. Matçı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Robert Schörgenhoferə laysmanlar Roland Brandner, Matthias Vinsauer kömək edəcəklər. Dördüncü hakim albaniyalı Dominik Ouschan olacaq.

"İnter" isə Yunanıstanın "Asteras" komandası ilə mübarizə aparacaq. Oyun "Dalğa Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq. Görüşün baş hakimi macar Mihaly Fabian olacaq. Ona həmyerliləri - yan xətt hakimləri Zsolt Varga, Tibor Vamos
və dördüncü hakim Adam Radvanyi kömək edəcəklər.

Xatırladaq ki, birinci təsnifat mərhələsində "İnter" Estoniyanın "Trans", "Xəzər Lənkəran" isə həmin ölkənin "Nomme Kalju" komandasını mübarizədən kənarlaşdırmışdı.

Xəbər lenti

Xəbər lenti