...

Futbolçu qızlarımız növbəti sınaq qarşısında

İdman Materials 8 Sentyabr 2012 13:55 (UTC +04:00)
Azərbaycanın futbol üzrə 17 yaşadək qızlardan ibarət milli komandası Bakıda keçiriləcək dünya çempionatı ərəfəsində növbəti sınağına çıxacaq.
Futbolçu qızlarımız növbəti sınaq qarşısında

Azərbaycan, Bakı, 8 sentyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın futbol üzrə 17 yaşadək qızlardan ibarət milli komandası Bakıda keçiriləcək dünya çempionatı ərəfəsində növbəti sınağına çıxacaq.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakıda sentyabrın 9-da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Bayıl stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Xatırladaq ki, 17 yaşadək qızlar arasında dünya çempionatı sentyabrın 22-də Azərbaycan-Kolubmiya oyunu ilə başlayacaq.

Xəbər lenti

Xəbər lenti