...

Bakıda güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək

İdman Materials 10 Sentyabr 2012 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

21-23 sentyabr 2012-ci il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək turnirin proqramına əsasən, sentyabrın 20-də görüşləri idarə edəcək hakimlərin seminarı və texniki iclas keçiriləcək.

İlk gün sərbəst, ikinci gün qadın, üçüncü gün isə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq. Yarışlar hər gün saat 10:00-da, final görüşləri saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi sentyabrın 21-də saat 17:00-da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti