...

Yaponiya baş məşqçisi: "Dünya Kuboku iştirakçıları üçün Azərbaycan bütün lazımi şərait yaratmışdır, bizə isə yalnız oynamaq qalır"

İdman Materials 30 Sentyabr 2012 19:07 (UTC +04:00)
“Yaponiya”-”Meksika” matçından sonra mətbuat konfransı keçirilib.
Yaponiya baş məşqçisi: "Dünya Kuboku iştirakçıları üçün Azərbaycan bütün lazımi şərait yaratmışdır, bizə isə yalnız oynamaq qalır"

Аzərbaycan, Bakı, 30 sentyabr /Trend /

"Yaponiya"-"Meksika" matçından sonra mətbuat konfransı keçirilib.

Yaponiyanın baş məşqçisi Yoşida Hiroşi oyunla bağlı bunları bildirib: "Komandalar üçün bütün lazımi şərait yaradılıb. Heç bir problemimiz yoxdur. Təşkilatçılar öz işlərinin öhdəsindən yüksək səviyyədə gəlir, bizə isə yalnız oynamaq qalır."

Qeyd edək ki, "Yaponiya" rəqibini 9:0 hesabı ilə məğlub edib.

Xəbər lenti

Xəbər lenti