...

"Simurq" "Sumqayıt"ı əliboş yola saldı, "İnter" "Rəvan"a şans vermədi (ƏLAVƏ OLUNUB)

İdman Materials 4 Oktyabr 2012 20:53 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunları keçirilib. Trend-in məlumatına görə, ikinci oyun günündə daha 3 qarşılaşma baş tutub.
"Simurq" "Sumqayıt"ı əliboş yola saldı, "İnter" "Rəvan"a şans vermədi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunları keçirilib. Trend-in məlumatına görə, ikinci oyun günündə daha 3 qarşılaşma baş tutub.

Ağdamın "Qarabağ" klubu bu turda Gəncəyə səfər edib. Qurban Qurbanovun komandası burada yerli "Kəpəz" klubunun qonağı olub. Oyun 0:0 hesabı ilə bitib.

Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən "Bakı" klubu öz meydanında "Qəbələ" ilə qarşılaşıb. Ramiz Məmmədovun komandası maraqlı oyun nümayiş etdirsə də, hər iki tərəf sülhə razılaşıb - 1:1.

Turun "Simurq" - "Sumqayıt" matçı meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 64-cü dəqiqədə Mario Bojiç vurub.

"Rəvan" - "İnter" görüşündə isə qonaqlar meydanı qələbə ilə tərk ediblər. "Bankirlər"in qollarını 26-cı dəqiqədə Nizami Hacıyev və 61-ci dəqiqədə Baçana Sxadadze vurub.

Xəbər lenti

Xəbər lenti