...

İdman jurnalistlərinə serifikatlar verilib (FOTO)

İdman Materials 5 Oktyabr 2012 18:04 (UTC +04:00)
Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə Bakıda gənc idman jurnalistləri üçün tədris proqramı həyata keçirib.
İdman jurnalistlərinə serifikatlar verilib (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə Bakıda gənc idman jurnalistləri üçün tədris proqramı həyata keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Azərbaycan Milli Olimpiya Komitəsində Proqramda iştirak etmiş jurnalistlərə sertifikatların təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov "AİPS gənc reportyorlar" proqramının əhəmiyyətindən danışıb və layihəyə cəlb edilmiş gənc idman jurnalistlərini təbrik edib.

Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev, vitse-prezidenti Xəzər İsayev və AİPS prezidenti Canni Merlo da öz çıxışlarında treninqlərə qatılmış jurnalistləri təbrik ediblər və onlara uğurlar arzulayıblar.

Sonra tədris proqramının iştirakçısı olmuş jurnalistlərə müvafiq sertifikatlar təqdim edilib.

Proqrama AİPS-in 5 qitədən - Afrika, Asiya, Amerika, Okeaniya və Avropadan 19-25 yaşlar arasında gənc jurnalistlərdən seçdiyi 20-dək və Azərbaycandan 10 idman jurnalisti cəlb edilib.

Tədbirin sonunda proqram iştirakçıları xatirə şəkli çəkdiriblər.

Xəbər lenti

Xəbər lenti