...

AFFA baş məşqçini cəzalandırdı

İdman Materials 9 Oktyabr 2012 13:15 (UTC +04:00)
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend-in PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda Premyer Liqanın VIII turunun AZAL-“Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub
AFFA baş məşqçini cəzalandırdı

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend-in PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda Premyer Liqanın VIII turunun AZAL-"Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Həmçinin, "Bakı"-"Qəbələ" matçında "Bakı"nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cərimə kəsilib.

Matçın 43-cü dəqiqəsində "Qəbələ" klubunun Rövşən Əmiraslanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.

"Kəpəz"-"Qarabağ" matçında "Kəpəz"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 66-cı dəqiqəsində "Qarabağ" klubunun 11 Rauf Əliyev simulyasiyaya görə sarı vərəqə verilib. Lakin matçın video yazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilib. Bu səbəbdən də Rauf Əliyevə göstərilən sarı vərəqə ləğv edilib.

İntizam Komitəsi I Divizionunda yarışan "Şahdağ" klubunun baş məşqçisi Kamran Əlibabayevə də cəza kəsib. Buna "Qala" - "Şahdağ" matçında K.Əlibabayevin tribundan hakimləri və matçın hakim-ispektorunu təhqir etməsi səbəb olub. İntizam Komitəsi məşqçini 5 oyunluq cəzalandırıb, kluba 500 manat cərimə kəsib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti