...

Zaqatalada yeni güləş zalı istifadəyə verilib

İdman Materials 19 Oktyabr 2012 12:24 (UTC +04:00)
Azərbaycan Güləş Federasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə Zaqatala rayonunun Danaçı kəndində güləş zalının açılış mərasimi keçirilib.
Zaqatalada yeni güləş zalı istifadəyə verilib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Azərbaycan Güləş Federasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə Zaqatala rayonunun Danaçı kəndində güləş zalının açılış mərasimi keçirilib.

Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Güləş Federasiyasının və Zaqatala rayon İcra Hakimiyyəti rəhbərliyinin iştirakı ilə idman zalının lenti kəsilib.

Danaçı kəndinin rayon mərkəzindən xeyli aralı olmasına baxmayaraq, burada idmanın bütün növlərinə, xüsusən də güləşə böyük maraq var. Bu idman növündə ölkəmizi təmsil edən gənc idmançılar ölkə və dünya arenalarında Azərbaycanı layiqincə təmsil edir. Belə ki, Danaçı idman məktəbinin yetirmələri sırasında Gözəl Zutovanın adını qeyd etmək olar.

Açılış mərasimində o da qeyd olunub ki, son illər ölkəmizdə güləş idman növünün inkişafı istiqamətində xüsusi layihələr həyata keçirilir, istedadlı gənclər xüsusi məktəblərə cəlb olunaraq məşqçilərlə təmin edilir. Kənddə fəaliyyət göstərəcək bu zalda 120-yə yaxın yeniyetmə güləşin sirlərinə yiyələnəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti