...

Sabah Bakıda "City Challenge" yarışlarında iştirak edəcək avtomobillər nümayiş ediləcək

İdman Materials 24 Oktyabr 2012 17:03 (UTC +04:00)
Oktyabr ayının 25-i GT3 avtomobilləri dənizkənarında hazırlanmış müvəqqəti yarış zolağından bütün yolları keçərək Kempinski Hotel Badamdara sürüləcək.
Sabah Bakıda "City Challenge" yarışlarında iştirak edəcək avtomobillər nümayiş ediləcək

Azərbaycan, Bakı, 24 oktyabr / Trend müxbir M.Əliyev/

Bakıda keçiriləcək "City Challenge" yarışlarında iştirak edəcək avtomobillər sabah nümayiş etdiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü yarışın Təşkilat Komitəsindən bildirilib.

Oktyabr ayının 25-i GT3 avtomobilləri dənizkənarında hazırlanmış müvəqqəti yarış zolağından bütün yolları keçərək Kempinski Hotel Badamdara sürüləcək. Hoteldə rəsmi press konfrans və təqdimatla paralel yarış avtomobilləri də hotelin qarşısında nümayiş olunacaq və pilotlar avtoqraf üçün tamaşaçıların ixtiyarına veriləcək.

Bakıda oktyabr ayının 26, 27 və 28-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda "City Challenge" yarışlarında Porsche 911, Aston Martin Vantage GT3, Audi R8 LMS, BMW Z4 GT3, Ferrari 458 İtalia GT3, Lamborghini Gallardo LP 600+ və Mercedes Benz SLS AMG GT3 markalı avtomobillər iştirak edəcək.

Qeyd edək ki, "City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafında olacaq. Yarışda 10 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edəcək. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunacaq.
Bakıdan əvvəl "City Challenge" avtomobil yarışı Budapeşt və Buxarestdə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti