...

Bakıda keçiriləcək "City Challenge" yarışlarında iştirak edəcək pilotlar avtoqraf veriblər (FOTO)

İdman Materials 25 Oktyabr 2012 18:31 (UTC +04:00)
Bakıda keçiriləcək "City Challenge" yarışlarında iştirak edəcək avtomobillərin pilotları bu gün avtoqraf veriblər. Trend-in məlumatına görə, Park Bulvarda keçirilən təqdimatda pilotlardan Kərim Əl Əsxari (BƏƏ), Niki Tim (Danimarka) və Filipp Enq (Avstriya) olublar.
Bakıda keçiriləcək "City Challenge" yarışlarında iştirak edəcək pilotlar avtoqraf veriblər (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr / Trend müxbir V.Imanov/

Bakıda keçiriləcək "City Challenge" yarışlarında iştirak edəcək avtomobillərin pilotları bu gün avtoqraf veriblər. Trend-in məlumatına görə, Park Bulvarda keçirilən təqdimatda pilotlardan Kərim Əl Əsxari (BƏƏ), Niki Tim (Danimarka) və Filipp Enq (Avstriya) olublar.

Qeyd edək ki, bu gün GT3 avtomobilləri dənizkənarında hazırlanmış müvəqqəti yarış zolağından bütün yolları keçərək Kempinski Hotel Badamdara sürüləcək. Hoteldə rəsmi press konfrans və təqdimatla paralel yarış avtomobilləri də hotelin qarşısında nümayiş olunacaq.

Xatirladaq ki, Bakıda oktyabr ayının 26, 27 və 28-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda "City Challenge" yarışlarında Porsche 911, Aston Martin Vantage GT3, Audi R8 LMS, BMW Z4 GT3, Ferrari 458 İtalia GT3, Lamborghini Gallardo LP 600+ və Mercedes Benz SLS AMG GT3 markalı avtomobillər iştirak edəcək.

Qeyd edək ki, "City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafında olacaq. Yarışda 10 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edəcək. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunacaq.
Bakıdan əvvəl "City Challenge" avtomobil yarışı Budapeşt və Buxarestdə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti