...

Bakıda "City Challenge" yarışlarını 300 milyona yaxın insan izləyəcək (ƏLAVƏ OLUNUB) (FOTO)

İdman Materials 25 Oktyabr 2012 23:59 (UTC +04:00)
Bu gün Bakıda "City Challenge" yarışlarında iştirak edəcək avtomobillərin paradı keçirilib.
Bakıda "City Challenge" yarışlarını 300 milyona yaxın insan izləyəcək (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir V.İmanov/

Bu gün Bakıda "City Challenge" yarışlarında iştirak edəcək avtomobillərin paradı keçirilib.

Trend-in məlumatına görə, yarış avtomobilləri ilk öncə Azadlıq Meydanının qarşısında nümayiş etdirilib. Sonra avtomobillər onlara ayrılan marşrut üzrə-dənizkənarında hazırlanmış müvəqqəti yarış zolağından bütün yolları keçərək Kempinski Hotel Badamdara hərəkət ediblər.

Daha sonra Kempinski Hotel Badamdarda yarışla bağlı keçirilən mətbuat konfransında "City Challenge" yarışlarının icraçı direktoru Helmut Beyer bildirib ki, yarışın fəlsəfəsinə görə, pilotlar öz peşəkarlığını tanınan və gözəl şəhərlərdə nümayiş etdirirlər. Ona görə də Bakı məkan kimi seçilib.

"Yarışı dünyanın 120 ölkəsində 300 milyona qədər insan izləyəcək və bütün diqqət Bakıya yönələcək. Yarış beynəlxalq telekanallarda canlı yayımlanacaq" Beyer əlavə edib.

Qeyd edək ki, bu gün daha öncə yarış avtomobillərinin pilotları avtoqraf veriblər. Park Bulvarda keçirilən təqdimatda pilotlardan Kərim Əl Əsxari (BƏƏ), Niki Tim (Danimarka) və Filipp Enq (Avstriya) olublar.

Xatirladaq ki, Bakıda oktyabr ayının 26, 27 və 28-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda "City Challenge" yarışlarında Porsche 911, Aston Martin Vantage GT3, Audi R8 LMS, BMW Z4 GT3, Ferrari 458 İtalia GT3, Lamborghini Gallardo LP 600+ və Mercedes Benz SLS AMG GT3 markalı avtomobillər iştirak edəcək.

Qeyd edək ki, "City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafında olacaq. Yarışda 10 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edəcək. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunacaq.

Bakıdan əvvəl "City Challenge" avtomobil yarışı Budapeşt və Buxarestdə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti